Mayın 2-də görkəmli alim, diplomat, professor, ADA Universitetinin rektoru Hafiz Paşayevin 80 illik yubileyi tamam olur. XX əsr Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elmi tarixində parlaq iz qoymuş bir nəslin nümayəndəsi olan Hafiz Paşayev həyat və fəaliyyəti ilə böyük ictimai nüfuz qazanıb.

Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Hafiz Paşayev” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Hafiz Paşayev təltif olunduğu mükafatlar, fotolar, müəllifi olduğu və haqqında yazılmış kitablar, məqalələr nümayiş olunur.

Milli Kitabxananın kollektivi professor Hafiz Paşayevi yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurları arzulayır.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar:

http://anl.az/el/vsb/Professor_Hafiz_Pasayev/index.htm