Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsi çərçivəsində İstanbulda yaşayan 3D modelləşdirmə üzrə rəssam Əsgər İsmayılovun “3D modelləşdirmə və tekstur” mövzusunda ustad dərsi keçirilib.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, ustad dərsi 3D modelləşdirmə sahəsində yenilikləri, film və oyun sənayesində yaranan müasir tendensiyaları, istifadə edilən metodların tətbiqini göstərmək məqsədilə təşkil olunub.

Onlayn görüşdə Əsgər İsmayılov 3D modelləşdirmə sahəsində bu sahədə qazandığı təcrübəni layihə iştirakçıları ilə bölüşüb və onların suallarını cavablandırıb.

Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqram üzrə keçirilib.