Azərbaycan Dövlət Tərcümə Mərkəzi ilə Gürcüstanın “İverioni” nəşriyyatı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, sənəddə ölkələrarası ədəbi-mədəni əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq – Azərbaycan və Gürcüstan ədəbiyyatlarının qarşılıqlı mübadilələr çərçivəsində tərcüməsi, nəşri, kitablara dair təqdimatların, dəyirmi masaların, onlayn-konfransların keçirilməsi, nəşrlərin geniş oxucu auditoriyasına çatdırılması, ölkələrin mərkəzi kitabxanalarına və universitetlərinə yerləşdirilməsi kimi məsələlər əksini tapıb.

Memorandumu Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud və “İverioni” nəşriyyatının direktoru Zaur Naçkebia imzalayıblar.