Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və universitetin müvafiq strukturunun əməkdaşları Lüsern Dünya Turizm Forumunun təşkilatçılığı ilə İsveçrə Krallığında keçirilən “Gələcəyə doğru” beynəlxalq onlayn tədbirə qatılıblar.

ATMU-dan bildirilib ki, tədbirin məqsədi pandemiya şəraitində turizm sənayesinin qarşılaşdığı problemlər, eyni zamanda postpandemiya dövründə turizm sahələrinin yenidən dirçəldilməsi ilə bağlı müzakirələr aparmaq olub. Beynəlxalq onlayn forumda müxtəlif ölkələrin turizm və iqtisadiyyat sahələrini təmsil edən müəssisə və şirkətlərin məsul nümayəndələri iştirak ediblər.

Lüsern Dünya Turizm Forumunun rəhbəri Martin Bathın giriş sözündən sonra pandemiya dövründə yaranan maliyyə problemləri, turizm iqtisadiyyatı, turizm sahəsində təhsil və s. mövzular üzrə dinləmələr keçirilib.