Bakının Azadlıq prospektində («Azərbaycan» mehmanxanasının yerində) inşa olunan «Hilton Baku» hoteli 2011-ci ildə istifadəyə veriləcək. «ISR Capital Investments» şirkəti tərəfindən yerinə yetirilən tikinti işləri 2011-ci ilin avqust ayında başa çatacaq və mehmanxana fəaliyyətə başlayacaq.
   Beşulduzlu hotelin ümumi sahəsi 42 160 kv. metr təşkil edir. Hotelin binası 25 mərtəbədən ibarət olacaq və burada 308 nömrə olması planlaşdırılıb. Bundan başqa, hoteldə 550 avtomobil üçün bağlı dayanacaq, restoranlar, konsert və sərgi salonları, sağlamlıq, idman və fitnes mərkəzləri, hovuz və s. inşa olunacaq.
   Maraqlısı odur ki, hotelin sonuncu mərtəbəsində 360 dərəcə fırlanan və bütün Bakı şəhərinin panoramını əhatə edən bar yerləşəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar