Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin əməkdaşları iyul ayının 5-dən etibarən yenidən ölkənin regionlarına ezam ediliblər. Bu barədə qəzetimizə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən daxil olan məlumatda bildirilir.
   Qeyd edək ki, monitorinqin məqsədi yeni turizm mövsümünün başlaması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir.
   Hər il mövsümqabağı aparılan sözügedən monitorinq birinci mərhələdə Quba-Qəbələ-Xaçmaz zonasında keçirilmişdi. Bu dəfə isə ölkəmizin şimal-qərb zonasında, əsasən də İsmayıllı, Qəbələ, Şəki və Qax rayonlarında fəaliyyət göstərən turizm obyektlərinin hazırlıq səviyyəsi yoxlanılacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar