Noyabrın 23-də Yazıçılar İttifaqının Natəvan klubunda gənc şairə Aysel Əlizadənin şeirlər toplusundan ibarət kitabın təqdimatı keçirildi. 
   “Doğulacaq qadın” şeirlər toplusu Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunan “525 kitab” seriyasının bu il üçün 12-ci nəşridir. Seriyanın rəhbəri “525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, tərtibçisi və redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş yazarı, şair Səlim Babullaoğludur.
   Yeni nəşr Aysel Əlizadənin ikinci kitabıdır. Aysel Əlizadə 1980-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsüdür. “Ora” adlı ilk publisistik kitabı ötən il işıq üzü görüb.