Mayın 15-də Portuqaliyanın Figueyra da Foş (Figueira da Foz) şəhərindəki CAE (Center of Arts and Spectacle) mədəniyyət mərkəzində “Sürrealizm bu gün (“Surrealism Now”) qrupunun 11 illik fəaliyyəti ilə əlaqədar beynəlxalq sərgi açılıb.
İyulun 11-dək davam edəcək sərgiyə 52 ölkədən 124 rəssam qatılıb. Sərgidə ölkəmizi Əməkdar rəssam Mehriban Əfəndi təmsil edir. Mehriban Əfəndinin “Mirriad” və “İmpressiya” əsərləri nümayiş etdiriləcək.
Qeyd edək ki, “Surrealism Now” qrupu Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeironun rəhbərliyi ilə “Bissaya Barretto” Fondu tərəfindən 2010-cu ildə yaradılıb. Qrup dünyanın bir çox yerlərində sürrealizm cərəyanının öndə gedən rəssamlarının seçilmiş əsərlərini nümayiş etdirir.