Rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçiriləcək “Böyük qayıdış. Həsrətin sonu” adlı rəsm sərgisinə əsərlərin qəbulu başa çatıb.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərgiyə 80-dən çox rəssam müraciət edib və 62 əsər sərgilənmək üçün seçilib. Sərginin virtual ekspozisiyasını tezliklə qalereyanın sosial mediadakı hesabları vasitəsilə izləmək mümkün olacaq.
Xatırladaq ki, sərgi işğaldan azad edilmiş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığını təsviri sənət əsərlərində göstərmək məqsədilə keçiriləcək.