İsveçdə şam ağacı meşəsində Qütb dairəsinin 60 km arxasında ağacın üstündə hotel açılıb. «Threehotel» adlanan bu mehmanxana dörd tikilidən («Cabin», «Blue Cone», «Nest» və «Mirrorcube») ibarətdir. Sözügedən hoteldə birnəfərlik nömrənin qiyməti 290 avro, ikinəfərlik nömrədə qalmaq isə 420 avro təşkil edir.
   «Tham & Videgard Architects» şirkəti tərəfindən inşa olunan bu hotelə əlavə olaraq daha iki kompleks tikiləcək. Artıq Avropa, Avstraliya və Yeni Zelandiyadan olan turistlər hoteldə istirahət etmək niyyətlərini açıqlayıb.
   Qeyd edək ki, analoji hotellər Almaniya və Fransa kimi ölkələrdə də mövcuddur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar