Son vaxtlar dünyada qeyri-adi turizm növlərinə maraq getdikcə artır. Qeyri-adi turizm növlərindən biri kimi dünyada məşhur olan həbsxanalarda “istirahət” etmək geniş yayılıb. Hesablamalara görə, bir neçə gününü könüllü olaraq keçmiş “KQB”-nin zirzəmilərində, Amerika və Avstraliya xüsusi xidmət orqanlarının həbsxana kameralarında keçirmək istəyənlər üçün 20 belə “kurort” zonası var. Əlbəttə, çoxları məzuniyyətini belə yerlərdə keçirməyi heç yatanda yuxularına da gətirmirlər. Lakin bundan həzz alanlar da var və bir çox hallarda keçmiş həbsxanaların qarşısında onların uzun növbələri də yaranır.
   
   Sloveniya, Latviya və Avstraliyanın xüsusi xidmət orqanlarının zirzəmilərində turistlərlə məhbuslardan heç də yaxşı davranmırlar. Bu sınaqdan keçmək istəyənlər emosional gərginlik, təhdid paylarını artıqlaması ilə alır, kürəklərində tüfəng lüləsinin soyuğunu belə hiss edirlər. Bu cür “xidmət”dən iyirmilikdə yalnız ABŞ-ın Boston şəhərindəki həbsxanada imtina edilib. Amerikanlar onu dördulduzlu hotelə çevirərək adını simvolik olaraq “Liberty” (“Azadlıq”) qoyublar.
   Avropalı turistləri isə siqaret çəkilməsinə icazə verilən yerlər daha çox cəlb etməyə başlayıb. Çünki Avropanın əksər ölkələrində ictimai yerlərdə, bir çoxunda isə hətta qapalı yerlərdə də siqaret çəkmək qadağan olunub. Bir sıra ölkələr bu vəziyyətdən bacarıqla istifadə edirlər. “Siqaret turizmi” yenicə yaranmasına baxmayaraq, sürətlə inkişaf etməkdədir. Belçikada xüsusi siqar klubları ilə yanaşı, kafe və barlarda da siqaret çəkilməsinə icazə verilir. Bu, qonşu ölkələrin siqaret həvəskarlarının istirahət üçün Belçikaya üstünlük vermələrinə gətirib çıxarıb. Almaniyalı biznesmen Aleksander Şoppmann isə siqaret çəkilməsinə icazə verilən xüsusi aviaşirkət açmağı planlaşdırır, bir yapon şirkəti Avropaya yalnız çəkənlər üçün hazırlanmış turlar təklif edir. Dünya turizminin ən qeyri-adi növlərindən biri də “səfalətxana” turizmidir. Getdikcə daha çox sayda insan təmiz çimərlik və muzeyləri Rio-de-Janeyronun, Yohanesburqun və Meksikanın yoxsul məhəllələrinə dəyişir. Mütəxəssislərin fikrincə, ilk dəfə belə turlar 16 il əvvəl Braziliyada təşkil olunmağa başlayıb. Daha sonra bu, gəlirli biznesə çevrilərək Amerikadan Asiyaya - Hindistana qədər yayılıb. Düzdür, Meksika və digər ölkələrdə turizmin bu növündən yoxsullara yardım kampaniyalarının təşkili üçün bacarıqla istifadə olunur. Lakin buna baxmayaraq, belə turizmlə məşğul olanlar bütün dünyada ciddi tənqid obyekti olaraq qalmaqda davam edirlər.   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar