Dünyanın ən bahalı istirahət zonası Virjin adalarıdır
   
   Turizm mövsümünün bu qızğın çağında əksəriyyətimizin sərfəli qiymətə istirahət yerləri axtardığı vaxtda dünyanın ən bahalı və eksklüziv turizm zonalarından söz açmaq bəlkə də qıcıqlandırıcı görünə bilər. Bununla belə, heç olmasa maraq xatirinə dünyanın zənginləri üçün nəzərdə tutulan bu turizm mərkəzləri barədə məlumatlara nəzər salmaq olar.
   
   Dünyanın ən bahalı istirahət zonalarının siyahısına Karib dənizindəki Virjin adaları (ABŞ) liderlik edir. Milyoner Riçard Brenson bu adanı 1982-ci ildə özəlləşdirərək, oranı ailəsi üçün istirahət zonasına çevirib. Adada cəmi 4 villa və bər-bəzəkli bağlar var. Brenson ailəsi orada olmayanda istirahət zonası icarəyə verilir. Bir gecəlik istirahətin məbləği 30 min dollardan başlayır. Bu məbləğə istənilən növ yemək, içki, sörfinq, qayıqda gəzinti, müxtəlif xidmətlər daxildir.
   Baham adalarındakı "Muşa Çay" adlı istirahət zonasında isə nisbətən «ucuzluqdur». Ağ qumlu çimərlikləri, tərtəmiz okean suyu olan bu adada ən çoxu 24 nəfər istirahət edə bilər. Bir gecəlik istirahət isə cəmisi 24750 dollardır. Amma buraya təyyarə bileti və telefon danışıqlarının pulu daxil deyil.
   Mayamidəki "Kasa Kontenta" adlı istirahət zonasında isə qiymətlər 11600 dollardan başlayır. Turizm mövsümünün pik vaxtında - iyulun sonu-avqustun əvvəlində isə bir günlük istirahət üçün 17700 dollar ödəmək lazımdır. Burada minimum istirahət müddəti 3 gündür.
   Maldiv adalarındakı (Hind okeanı) "Rania Experience" adlı istiahət zonasnda bir günlük istirahət 9500 dollara başa gəlir. Kurort eyni vaxtda cəmi 9 nəfəri qəbul edə bilər.
   Barbadosdakı "Sandy Lanen»in sahəsi cəmisi 730 kvadrat metrdir. Bu, Karib dənizində ən möhtəşəm kurort zonası sayılır. Otaqların bir gecəlik məbləği 8000 dollardan başlayır. Amma mövsümün qızğın günlərində bu məbləğ 25000 dollara qədər artır.
   Karib dənizinin sahilində yerləşən "Altamer" istirahət zonasında bir həftəlik istirahət üçün varlılar 80000 dollar «tərləyir». Burada minimal istirahət müddəti isə 2 həftədir.
   Bir az ucuzlara keçək. İslandiyadakı Seyşel adalarındakı ən məşhur istirahət zonası isə "Fregate İsland" sayılır. Bu, uşaqlı ailələr üçün ideal istirahət mərkəzidir. Sahildəki 16 villada 400-dək qonaq qala bilər. Ölü mövsümdə bir gecəlik qiymətlər 2450 dollardan başlayır və minimum 3 günlük sifariş qəbul edilir. Mövsümün qızğın günlərində isə qiymətlər 2700 dollara qalxır və minimum istirahət müddəti bir həftədən az olmur.
   Fici adasındakı "Turtl İsland" adlı istirahət zonası isə eyni vaxtda 14 qonağı qəbul edə bilər. Qiymətlər 1632 dollardan 2390 dollara qədər dəyişir. Bu qiymətə yemək və içki, balıq tutmaq, habelə çimərlikdə personal pikniklərin təşkili də daxildir.
   Ficidəki bir başqa kurortda isə insanları ayaqyalın gəzməyə çağırırlar. Orada pul, qəzet və müasir geyimlərin istifadəsi qadağandır. Bir gecəlik qiymətlər 1296 dollardan başlayır.   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar