“2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” İsmayıllı rayonunda da sahənin inkişafı üçün əlavə imkanlar açır. Hazırda rayonda 17 turizm mərkəzi fəaliyyət göstərir.
   
   Bu il rayona istirahətə gələnlərin sayı 23 mini keçib. Bu isə ötən ilin ümumi göstəricisindən çoxdur. Basqal və Lahıc kimi qədim və unikal kəndlər, tarixi abidələr İsmayıllını valehedici məkana çevirib. Rayonda müasir turizm mərkəzlərinin sayı 4 dəfə artaraq 17-yə çatıb. Ötən il İsmayıllıda 15 minə yaxın turist istirahət etmişdisə, bu ilin 6 ayı ərzində rayona 4 mini əcnəbi olmaqla 23 min 358 turist gəlib.
   Hazırda İsmayıllıdakı turizm obyektləri gün ərzində 1500-ə yaxın qonağı qəbul edə bilir. Turizm sahəsində çalışanların peşə hazırlığının yüksəldilməsi üçün kurslar təşkil edilir. Bu səbəbdən turizm müəssisələrində keyfiyyət, müştəri xidmətləri baxımından mühüm irəliləyişlər var. Bu isə turistlərin marağını daha da artırır.
   Qeyd edək ki, İsmayıllıdakı istirahət mərkəzlərində bu il qiymətlərdə endirimlər də müşahidə olunur. Bunu istirahət obyektlərinin sayının artması və sağlam rəqabətin yaranması ilə izah etmək olar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar