Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşan “Digitalart-lab” layihəsinin növbəti qonağı Gəncədə yaşayan rəssam Mobil Qarayev olub.

Mayın 24-də keçirilən virtual görüşdə Mobil Qarayev rəqəmsal incəsənət sahəsində qazandığı təcrübəni layihə iştirakçıları ilə bölüşüb, öz portfoliosunu təqdim edərək tövsiyələrini verib, daha sonra onların suallarını cavablandırıb.

Xatırladaq ki, rəssam bir çox layihələrdə təşkilatçı olaraq fəaliyyət göstərib, rəqəmsal incəsənətin müxtəlif sahələrində yaradıcılıqla məşğul olub.

Görüşün videomaterialını Azərbaycan Dövlət Rəsm Qalereyasının saytı və sosial media hesablarından izləmək mümkündür.