Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103-cü ildönümü, 28 May – Respublika Günü münasibətilə Türkiyənin paytaxtı Ankaranın rəmzlərindən olan Ataqüllə və İstanbul şəhərində iki qitəni – Avropa və Asiyanı birləşdirən körpülər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Aksiya Azərbaycanın Türkiyədəki Səfirliyinin və ölkəmizin İstanbuldaki Baş konsulluğunun təşəbbüsü ilə gerçəkləşib.

Ankaranın Çankaya səmtində yerləşən 125 m hündürlüyündə rabitə və müşahidə qülləsi olan Ataqüllə, dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri əks etdirilib.

Mehparə SULTANOVA
Ankara