Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlər həyata keçirilir.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına əsasən aparılan monitorinqlər zamanı dövlət qeydiyyatında olan 314 tarix-mədəniyyət abidəsinə baxış keçirilib. Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 125 obyektin (yeni aşkar olunmuş abidə) monitorinqi aparılıb.

Baxış kecirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət dasıyan obyektlərin əksəriyyətinin işgalcılar tərəfindən tamamilə dag­̆ıdılaraq yalnız qalıqlarının qaldıgı, müdaxilələrin olundug­̆u və vandalizmə uğradığı aşkara çıxıb.

Həmc­̧inin aparılan ilkin monitorinqlər zamanı 855 mədəniyyət muəssisəsi müəyyən edilib ki, onlardan 457-si kitabxana, 345-i klub mu­̈əssisəsi, 20-si muzey, 25-i usaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur.

Şöbədən bildirilib ki, monitorinqlərlə bağlı məlumatlar Şusa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonlarını əhatə edir.

LALƏ