1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizin mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd olunur. Pandemiya səbəbindən artıq ikinci ildir bu əlamətdar günlə bağlı tədbirlər də daha çox virtual formatda gerçəkləşir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Əzim Əzimzadənin Mənzil-Muzeyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlar dünyanın gələcəyidir” adlı rəsm sərgisi hazırlayıb.

Onlayn sərgidə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Qızıl əllər” klubu üzvlərinin əl işləri yer alıb.

Sərgi muzeyin sosial şəbəkələrdəki səhifələrində nümayiş etdirilib.