Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin qanun ixtisası üzrə müəllimi İradə Kamilovanın 1 İyun – Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş "Nəğmələr qanadında" adlı sinif konserti keçirilib.

İdarədən bildirilib ki, şagirdlərin ifaçılıq bacarıqlarını nümayiş etdirdikləri konsert məktəbin sosial media hesablarında yayımlanıb.