Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar onlayn və ənənəvi tədbirlər keçirilib. Tədbirlərdə əlamətdar günün tarixi barədə şagirdlərə məlumat verilib.

Şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Həmçinin Beynəlxalq Uşaqların Müdafiəsi Gününə həsr olunmuş fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.