Milli Televiziya və Radio Şurası ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyənlər 7 iyul 2021-ci il tarixinədək Milli Televiziya və Radio Şurasına müraciət edə bilər.

İxtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV kanalı olacaq.