Beynəlxalq Arxivlər Şurası ənənəyə sadiq qalaraq 7-11 iyun tarixini “Beynəlxalq Arxivlər Həftəsi” elan edib.

Milli Arxiv İdarəsindən bildirilib ki, beynəlxalq tədbir bu il “Arxivlərin hüquq və imkanlarının genişləndirilməsi: hesabatlılıq və şəffaflıq; əməkdaşlıq şəbəkələrinin yaradılması; müxtəliflik və inklüzivlik” şüarı altında qeyd ediləcək.

Sözügedən şüar altında 5 gün müddətində keçiriləcək tədbirlər sırasına 12 vebinar daxildir. Vebinarlar “Hesabatlılıq və şəffaflığın təmin edilməsində arxivlərin rolu”, “Arxiv sənədlərinin rəqəmsallaşmasında, həmçinin arxiv işinin avtomatlaşdırılmasında dünya arxivlərinin təcrübəsi və arxivlərin bu istiqamətdə işinin daha da təkmilləşdirilməsi yolları”, “Süni intellektin arxiv işində tətbiqi” və s. mövzular üzrə təşkil ediləcək.