Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsinin monitorinqi başa çatıb.

ATMU-dan bildirilib ki, EQAC layihəsinin koordinatoru Gülşən Bayramovanın, Litvanın Tətbiqi Elmlər və Azərbaycan Kooperasiya universitetlərinin nümayəndələrindən ibarət Monitorinq komissiyasının, eləcə də “Erasmus+” Milli Ofisinnümayəndəsinin qatıldığı monitorinq 2018-ci ildən həyata keçirilən layihə üzrə fəaliyyətin qiymətləndirilməsinə həsr olunub.

Universitetin rektoru İlham Mədətov, tədris işləri üzrə prorektor Zaur Bağırov, Elmi innovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Keyfiyyət təminatı və akkreditasiya şöbəsinin müdiri Muxtar Hüseynov və başqaları komissiyanın üzvlərinə universitetin keyfiyyət təminatı istiqamətində qazandığı nəticələr barədə məlumat veriblər, sualları cavablandırıblar.