«National Geographic» jurnalı dünyanın 10 ən yaxşı çimərlik şəhərlərinin siyahısını dərc edib. Reytinqdə birinci yerə Barselona (İspaniya) layiq görülüb. Şəhərin 8 çimərliyi, tarixi abidələri, gözəl mətbəxi və coşqun gecə həyatı çimərlik istirahətinə rəng qatır.
Siyahıda ikinci yerdə 20 çimərliyi olan Keyptaun (CAR) şəhəri qərarlaşıb ki, bu çimərliklərdə lüks tipli villalar, serfinq üçün imkanlar və s. mövcuddur.
Reytinqin üçüncü yerində isə Honolulu (Havay adaları) şəhəri, dörddə Nitsa (Fransa), beşdə Mayami (ABŞ) qərarlaşıb. Bundan başqa, siyahıda Rio-de-Janeyro (Braziliya), Santa-Monika (ABŞ), Sidney (Avstraliya), Təl-Əviv (İsrail) və Vankuver (Kanada) şəhərləri də yer alıb.