Böyük İpək yolunun üzərində yerləşən Azərbaycanın əlverişli təbii-coğrafi mövqeyi onun turizm sahəsindən böyük miqdarda gəlir götürməsinə şərait yaradır. Ölkəmizə gələn hər bir qonaq təkcə paytaxt Bakının deyil, eyni zamanda regionlarımızın da gözəlliyindən zövq alır.
   
   Dağlar qoynunda yerləşən, zəngin təbiətə, fauna və floraya malik olan Yardımlı rayonunda da turizmin inkişafı üçün əlverişli şərait var. Burada dövlət qeydiyyatından keçmiş 92 ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi yerləşir. Gələn qonaqları bu abidələrlə tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci kilometrində 50 metr hündürlükdən tökülən “Təkdam” şəlaləsi turistləri daha çox cəlb edir. Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, kotteclərdə istirahət edirlər. “Deman” ailəvi istirahət mərkəzi də turizm obyektlərindəndir. Yardımlıda dağ turizminə üstünlük verənlər də az deyil.
   2009-cu ildə rayonun turizm obyektlərində 2000-ə yaxın qonaq istirahət edib. Bu il turistlərin sayının daha da artacağı gözlənilir. Rayonun Ostayır, Arus, Şəfəq kəndlərinin yaxınlığında və Masallı-Yardımlı magistral yolu boyunca yeni turizm və istirahət mərkəzlərinin tikintisi nəzərdə tutulub.
   Qeyd edək ki, Azərbaycan dövləti ölkənin bütün regionlarında turizm infrastrukturunun genişləndirilməsinə diqqət yetirir. Regionların inkişafına dair Dövlət Proqramında da turizm obyektlərinin sayının və şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar