“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Respublika Günü münasibətilə elan etdiyi “Seç zaman – tap, qazan” adlı müsabiqə davam edir.
İdarədən bildirilib ki, iyunun 6-dək davam edəcək müsabiqə müddətində hər kəs İçərişəhər ərazisində yerləşən restoranlarda və hədiyyə mağazalarında sərfəli endirimlər qazana bilər.
Müsabiqənin şərtlərinə görə, iştirakçılar gün ərzində əvvəlcədən qurumun internet səhifəsində elan edilən məkanlara qeyd olunan saatlarda yaxınlaşmalıdır. Orada onlara əməkdaşlar tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və İçərişəhərə dair 3 sual veriləcək. Hər bir düzgün cavaba görə müəyyən endirim haqqı qazanılacaq. Cəmi bir suala düzgün cavab verən iştirakçı da endirim fürsətindən yararlana biləcək.