Bu ilin yanvar-iyun aylarında Türkiyəyə 11 milyon 571 min 427 nəfər turist gəlib. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən qəzetimizə daxil olan məlumatda bildirilir. Ümumilikdə Avropa ölkələrindən 6 milyon 451 min 652 nəfər insan bu ilin birinci yarısında Türkiyənin istirahət mərkəzlərini özü üçün məkan seçib. 2010-cu ildə 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycandan da Türkiyənin müxtəlif istirahət guşələrinə dincəlməyə gedənlərin sayı artıb. Altı ayda turist kimi Türkiyəyə səfər edən həmvətənlərimizin sayı 202 min 299 nəfər olub ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 7 faiz artım deməkdir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar