Parisin “Mondeos” nəşriyyatı Azərbaycan turizmi haqqında bələdçi-kitabça nəşr edib. Müəlliflər - ölkəmizdə dəfələrlə olmuş tanınmış fransız jurnalisti Annabel Grosjean və bu ölkədə uzun müddət yaşayan həmyerlimiz Aytən Muradovanın nəfis şəkildə tərtib etdikləri kitabçada Azərbaycanın turizm obyektləri barədə ətraflı məlumat verilib.
   
   Kitabçada Azərbaycanın təbii sərvətlərlə zəngin olmasından, Qərblə Şərq arasında körpü rolu oynamasından bəhs edilir, ölkəmizin qədim və müasir tarixi, sərhədləri, xalqımızın qonaqpərvərliyi, pul vahidi, mehmanxana və restoranları, adətləri, mətbəxi, kütləvi informasiya vasitələri, nəqliyyat növləri, fauna və florası, tarixi və mədəni abidələri və sair haqqında məlumat verilir. Bələdçidə Azərbaycana səyahət etmək istəyən turistlərə viza almaq, təyyarə, qatar və avtomobildən istifadə etməklə necə yola düşmək barədə də geniş məlumat verilib.
   Kitabçanın “Məşhur şəxsiyyətlər” bölməsində dahi şair Nizami Gəncəvidən, görkəmli bəstəkar Üzeyir Hacıbəylidən, Xalq şairi Səməd Vurğundan, sehrli fırçası ilə ecazkar sənət əsərləri yaratmış Səttar Bəhlulzadədən, ümummilli lider Heydər Əliyevdən söhbət açılıb.
   Müəlliflər ayrıca bölmədə ölkəmizin iqtisadiyyatı, əhalisi və onun tərkibi, mədəniyyəti, ədəbiyyatı və incəsənətinə dair məlumatlara kitabda xüsusi yer ayırıblar. Kitabçada ölkəmizə gələn turistlərə müxtəlif turizm marşrutları, bu marşrutlarda yerləşən rayonlar, mədəniyyət ocaqları, regionlarda yaşayan əhalinin adət-ənənələrindən söhbət açılıb.
   Qeyd edək ki, 27 sentyabr - Dünya Turizm Günü münasibətilə düzənlənəcək tədbirlər çərçivəsində bələdçi kitabının təqdimatı keçiriləcək.   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar