Azərbaycanda turizmin inkişafına təkan verən amillərdən biri də müxtəlif beynəlxalq turizm təşkilatları ilə yaxından əməkdaşlıqdır. Ölkəmiz turizm fəaliyyəti ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda təmsil olunur. Belə qurumlardan biri də «Skal İnternational» beynəlxalq turizm təşkilatıdır. Azərbaycan bu təşkilata ötən ilin sentyabrında üzv olub.
   
   Qeyd edək ki, «Skal İnternational» 1934-cü ildə beynəlxalq assosiasiya kimi yaradılıb və bütün turizm-səyahət sektorlarını əhatə edir. Hazırda «Skal İnternational»ın 20 min nəfər üzvü, 100 ölkədə 700 skal-klubu var.
   Qurumun Bakı nümayəndəliyinin rəhbəri Ruslan Quliyevin bildirdiyinə görə, oktyabrın əvvəlində Avstraliyanın Sidney şəhərində «Skal-İnternational»ın 71-ci konqresi keçiriləcək. «Skal-Bakı» da bu tədbirə dəvətlidir: «Biz artıq ikinci dəfədir «Skal-İnternational»ın toplantısında iştirak edirik. Bu toplantıda dünyanın əksər ölkələrinin turizm təmsilçiləri bir araya gəlir. Toplantı çərçivəsində «Dostlar arasında biznes yarat» ("Doing Business among Friends") şüarı ilə müxtəlif tədbirlər təşkil edilir. Bu tədbirlərdə dünya turizm sənayesinin təmsilçiləri arasında Azərbaycanın turizm potensialının tanıtdırılması üçün çox gözəl fürsət yaranır».
   R.Quliyevin sözlərinə görə, «Skal-Bakı» tədbirə çox ciddi hazırlaşır: «Ölkəmizin tarixi-mədəni abidələrini, gəzməli-görməli yerlərini əks etdirən reklam çarxları, ingilis dilində hazırlanmış reklam-çap məhsullarını özümüzlə götürəcəyik. Onu da bildirim ki, məhz belə tədbirlər zamanı müxtəlif ölkələrin turizm təmsilçiləri ilə əlaqələr qurulur ki, sonradan da bu əlaqələr yaxın əməkdaşlığa çevrilir».
   Söhbət əsnasında R.Quliyev «Skal-Bakı»nın bir illik fəaliyyətinə də toxundu. Onun dediyinə görə, yarandığı az vaxtda «Skal-Bakı» Mədəniyyət və Turizm Nazirliyi ilə bir çox önəmli layihələrə imza atıb: «Azərbaycanda turizm sahəsinin inkişafına fəaliyyətimizlə öz töhfəmizi verməyə çalışırıq. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyinin bütün tədbirlərində yaxından iştirak edir, eyni zamanda ölkəmizin turizm potensialının tanıtdırılması və Azərbaycana turistlərin cəlb edilməsi istiqamətində bir çox genişmiqyaslı layihələr həyata keçiririk. «Skal-İnternational»ın mərkəzi ofisi və müxtəlif ölkələrdəki qurumları ilə sıx əməkdaşlıq qurmuşuq. Bu günlərdə Antalya skalçıları ilə əkiz-klubumuzu yaratdıq. Bu istiqamətdə işlərimizi davam etdiririk. Skal klubları ilə əməkdaşlıq bizə dünya turizm bazarına çıxış imkanları verir, həmçinin də ölkəyə turist axınının artmasına səbəb olur».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar