ABŞ-ın «Boeing» şirkəti və kosmik turizm sahəsində ixtisaslaşan «Space Adventures» şirkəti turistlərin kosmosa uçuşlarını təşkil etmək niyyətindədir.
   2015-ci ildə «Boeing» 7 nəfərlik «CST-100» şattlını (kosmik nəqliyyat sistemi) istehsal edəcək. İki şirkət arasında imzalanan memoranduma əsasən, «Space Adventures» şirkəti maliyyə məsələlərini və bilet satışını öz üzərinə götürəcək, «Boeing» isə kosmik gəminin istehsalı ilə məşğul olacaq. Uçuşlar Yer kürəsinə ən yaxın olan orbitə təşkil olunacaq.
   Qeyd edək ki, turistlər üçün uçuşun qiyməti hələ açıqlanmayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar