Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.

Növbəti dərs iyunun 23-də Gülnarə Ələkbərlinin rəhbərliyi ilə “Linoqravür” mövzusuna həsr edilib. Sonuncu dərs isə iyunun 30-da Museyib Əmirovun rəhbərliyi ilə “Bakı – Mənim şəhərim” mövzularına həsr olunacaq.

Qeyd edək ki, ustad dərsləri ödənişsizdir. Təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.

Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.