Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müslüm Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin qanun sinfinin şagirdləri Təhsil Nazirliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” uşaq və gənclərin onlayn II Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalında iştirak ediblər.

Yaradıcılıq festivalının əsas məqsədi musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, bu istiqamətdə uşaq və gənclərin bilik və bacarıqlarının genişləndirilməsi, istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsidir.

Münsiflər heyətinin rəyinə əsasən, İradə Kamilovanın qanun ixtisası üzrə təhsil alan şagirdləri Mehinbanu Bayramlı və Ləman Hacıyeva II, Əli Kərimli isə III yerlərə layiq görülüblər.

Məktəbin “Buta” qanunçalanlar ansamblı isə festivalda III yerə çıxıb.