F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “İnstagram” sosial şəbəkəsi üzərindən həyata keçirilən “Qonağım ol” rubrikası davam edir. Layihənin növbəti qonağı yazıçı-ssenarist Günel Əsgərova olacaq.

Onlayn görüş iyulun 9-da saat 14:00-da kitabxananın “Instagram” səhifəsində baş tutacaq.

Layihənin məqsədi oxucu və müəlliflər arasında virtual görüşləri təşkil etmək, onların yeni kitablarını oxuculara tanıtmaqla uşaqların intellektual səviyyəsinin inkişafında kitabxanaların rolunu qeyd etməkdir.

Günel Əsgərova 10 nağılın, “Xanın üç qızı” adlı Azərbaycan və rus dillərində nağıl kitabının müəllifidir. Gənc yazarın “Sülh tütəyi” nağılı Kanadanın Toronto şəhərində keçirilən nağıl-ssenarilər müsabiqəsində qalib olub.