TÜRKSOY kuboku uğrunda at yarışı

 

İyulun 13-də Ankarada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın dövlət müstəqilliyinin otuzuncu ildönümü münasibətilə TÜRKSOY kuboku uğrunda at yarışı keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Türkiyə Jokey Klubu tərəfindən təşkil olunan yarışı rəsmi şəxslər, o cümlədən səfirlər, şəhər sakinləri izləyiblər.

TÜRKSOY-un təşəbbüsü ilə Ankara İppodromunda düzənlənən ənənəvi cıdırda yeddi ingilis cins atı iştirak edib.

1400 metr məsafəyə at yarışının birincisi 2020-ci ildə də TÜRKSOY kubokunu Cəlal Ayazın sahibi olduğu və jokey Halis Karataşın çapdığı “Mala Moja” adlı ingilis cins madyanı olub.