Bu il Cəmşid Naxçıvanski adına Hərbi liseyin yaradılmasından 50 il ötür. Prezident İlham Əliyev 14 aprel 2021-ci il tarixində liseyin 50 illiyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Cəmşid Bu hərbi məktəb ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılıb. Tədris ocağı ötən müddətdə respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərib, cəmiyyətdə hərb peşəsinin nüfuzunun yüksəlməsində və taleyini bu sahəyə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayıb.

Hərbi liseyin yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi təqdim olunub. Sərgidə C.Naxçıvanski adına Hərbi lisey haqqında rəsmi sənədlər, fotolar, kitablar və müxtəlif mətbuat orqanlarında dərc olunmuş məqalələr yer alıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cemsid_Naxcivanski_adina_Herbi_Lisey_50/index.htm linkindən istifadə edə bilərlər.