Klubun 6-cı toplantısında müxtəlif məsələlər müzakirə olunub
«Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı klubunun («Skal Bakı») növbəti 6-cı toplantısı noyabrın 2-də Azərbaycan Turizm İnstitutunda keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, BMT-nin Turizm-inkişaf layihəsinin milli koordinatoru Faiq Qürbətov, «Bak tur» turizm şirkətinin direktoru Fayis Məmmədov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, institutun müəllim və tələbələri, ölkəmizdə fəaliyyət göstərən hotel və turizm şirkətlərinin rəhbərləri iştirak ediblər.
Toplantını giriş sözü ilə açan «Skal İnternational Baku»nun rəhbəri Ruslan Quliyev bildirib ki, oktyabrın əvvəlində Avstraliyanın Sidney şəhərində keçirilən «Skal-İnternational»ın konqresində Bakı klubu da təmsil olunub. Onun sözlərinə görə, Azərbaycan artıq ikinci dəfədir «Skal-İnternational»ın toplantısında iştirak edir: «Toplantıda «Skal Avstraliya» klubunun rəhbəri Toni Boyle «Skal-İnternational»ın yeni baş katibi seçildi. Toplantıda təşkilat tərəfindən müəyyənləşdirilmiş müxtəlif nominasiyalar üzrə qaliblər də elan olundu. “Skal İstanbul” ekoturizmlə bağlı həyata keçirilən layihələrdə yaxından iştirakına görə ən yaxşı klub adını aldı. «Skal Bakı» isə skalın inkişafı mükafatına layiq görüldü. Bizim klubun fəaliyyəti təşkilat rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi».
Tədbirdə 2010-cu il turizm mövsümünün yekunları müzakirə edilib. İl ərzində görülən işlər, həyata keçirilən tədbirlər toplantı iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və gələcəkdə ölkə ərazisində turizmin inkişafı istiqamətində layihələrin sayının artırılması qeyd edilib. Toplantıda Turizm İnstitutu ilə turizm sənayesi arasında işgüzar əlaqələr və məzunların işə qəbul mexanizmi barədə müzakirələr də aparılıb. Qeyd edilib ki, tədris prosesində tələbələrin dil öyrənməsi məsələsinə daha çox diqqət yetirilməlidir. Çünki turizm sənayesinə daxil olan hər bir insan ən azı ingilis və rus dillərini lazımi səviyyədə bilməlidir. Səslənən fikirlərə görə, hazırda təcrübəli və savadlı, məlumatlı bələdçilərin sayının azlığı Azərbaycanın turizm sektorunda ciddi problemdir. Xüsusilə də fransız, italyan, Çin və yapon dillərini bilən bələdçilərin olmaması bu ölkələrdən turist qrupları gələn zaman turizm şirkətlərini çıxılmaz vəziyyətdə qoyur.
Tədbirdə vurğulanıb ki, indi Azərbaycanda ingilis dilini yüksək səviyyədə bilən insanlar regionlarda çalışmağa o qədər də həvəs göstərmirlər. Bu səbəbdən də gənclərin turist bələdçisi işinə cəlb olunmasının yolları aranmalıdır. Bundan başqa, ekoturizm və digər istiqamətlər üzrə yeni layihələrin hazırlanması, onların qrant layihəsi kimi «Skal» təşkilatına təqdim edilməsi müzakirə edilib.
«Skal Bakı»nın 6-cı toplantısında turizm şirkətləri ilə mehmanxanalar arasında münasibətlər də müzakirə edilən məsələlər sırasında olub. Bildirilib ki, əksər turizm məkanlarının rəhbərləri elə hesab edirlər ki, özləri özlərini tanıda bilərlər və bunun üçün turizm şirkətlərinin xidmətinə ehtiyac yoxdur. Gerçəkdə isə turizm şirkəti olmadan hər hansı hotelin öz məhsulunu dünya bazarına çıxarıb tanıtması çox çətindir.
Fəxriyyə Abdullayeva