“Aparılan araşdırmaların nəticələri göstərir ki, Azərbaycanda turizm sektoru getdikcə inkişaf edir”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
   Onun sözlərinə görə, “Azərbaycanda 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” turizmin xidmət sektorunun səviyyəsinin yüksəldilməsini, ölkəyə turistlərin cəlb olunmasını və s. nəzərdə tutur: “Daxili turizmin əhatə dairəsi də getdikcə genişlənir. Bu ilin yay mövsümündə daxili turizmin çəkisi ötən ilin müvafiq dövrünə nisbətən 25% artıb”.
   Ə.Qarayev qeyd edib ki, bu il Azərbaycanda qanunvericiliyin tələblərini pozduğuna görə 4 turizm şirkətinin lisenziyası ləğv edilib: “Hazırda ölkədə 230-a yaxın turizm şirkəti fəaliyyət göstərir. Onlardan bəzilərinin lisenziya müddəti başa çatıb, amma hələ də yeni lisenziya üçün müraciət etməyiblər”.
 

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar