Mədəniyyət naziri Anar Kərimov iyulun 23-də Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Rza Diqqəti (Reza Deqati) ilə görüşüb.

Görüş zamanı məşhur fotoqraf Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkillərdən bəhs edib, şahidi olduğu dəhşətli mənzərələrdən söz açıb.

R.Diqqəti bildirib ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzü öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını bu fotolarda canlandırmağa müvəffəq olub.

Nazir Anar Kərimov R.Diqqətiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.