Azərbaycan Turizm İnstitutunda 2009/2010-cu tədris ilinin praktik təlim semestrinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
   Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov bildirib ki, bu tədris ilini ümumilikdə institutun kollektivi üçün yaddaqalan, eyni zamanda təhsilin gələcək strategiyasını müəyyənləşdirən dövr kimi səciyyələndirmək olar: «Beş il ərzində uğurlarımız da, həllini gözləyən problemlərimizlə yanaşı çətinliklərimiz də olub. Nəzərə alsaq ki, turizm sənayesi sahəsində çalışmalı olacaq kadr potensialının formalaşmasında, indiki və gələcək inkişafının təminatında məsul vəzifənin gerçəkləşməsi bizə etibar edilib, bu, təhsil - təlim - təcrübənin kompleks həllini zərurətə çevirir. Bu sahəni ehtiva edən mövcud nəzəri və praktik bilik, eləcə də xarici təcrübədən yararlanmağı şərtləndirir».
   Rektor 2009/2010-cu tədris ilinin yekunlarına nəzər salaraq bildirib ki, bu dövrdə əyani şöbənin 218 nəfər III kurs tələbəsi (hazırda IV kurs) Mədəniyyət və Turizm Nazirliyi, onun şəhər və rayon şöbələrində, xaricdə, eləcə də ölkədaxili turizm müəssisələrində istehsalat təcrübəsi keçiblər: «Müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrimizdən 189 nəfəri istehsalat təcrübəsini ölkə daxilində, 29 nəfər xaricdə - 12 nəfər Türkiyədə, 9 nəfər İsraildə, 1 nəfər Maltada, 5 nəfər ABŞ-da, 2 nəfər Ukraynada uğurla başa vurublar. Türkiyədə təcrübə keçən tələbələrimizin işgüzarlığı, tapşırılan işə məsuliyyətlə yanaşmaları barədə institutumuzun ünvanına təşəkkür məktubu daxil olub. Tələbələrimizdən 2 nəfər - Şölə Kərimova və Vasif Məmmədov Erasmus-Mundus Mübadilə Proqramı üzrə Yunanıstanda təcrübələrini davam etdirməklə bərabər, təcrübələrinin bir hissəsini müvafiq ölkədə keçməkdədirlər. Toğrul Hüseynov GTZ layihəsi çərçivəsində Almaniyanın YADE Universitetində təhsil almaqla bərabər, təcrübə keçir. Digər tələbələrimizdən Məhəmməd Əlibəyli, Elçin Qənbərli, Tural Əlimərdanov, Kənan Ələkbərov istehsalat təcrübəsinin bir hissəsini Türkiyədə keçib. İnamla deyə bilərik ki, təhsil və təcrübənin düşünülmüş formada əlaqələndirilməsi istiqamətində görülən işlər turizm sektorunun etibarlı inkişafına təkan verəcək».







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar