Almatıda Fransa istehsalı olan “İnfiniti” mini serialının çəkilişləri başa çatıb. Baykonurdan beynəlxalq kosmik stansiya modullarına səyahət haqqında trillerin çəkilişlərinin bir qismi Qazaxıstanda aparılıb.

Fransa, Ukrayna və Qazaxıstanda çəkilmiş serialda baş rolları fransız Selin Saldet və qazax Daniar Alşinov ifa edirlər. Onlarla yanaşı, “İnfiniti”də Kann festivalının mükafatçısı olan gənc qazax aktrisa Samal Slyamova da çəkilib. Beynəlmiləl heyətdə Rusiya, Britaniya, İtaliya aktyorları da rol alıb.

Detektiv elementlərlə zəngin kosmik mövzulu serialda Baykonurun real görüntüləri yoxdur. Rəsmi dairələr buna icazə verməyib. Odur ki, kosmodrom dekorasiyaları Almatıda qurulub. 6 seriyalı filmin quruluşçu rejissoru “Ölü zona” və “Canlı ölülərin vurduğu qol” kimi filmləri ilə tanınmış Tyerri Puarodur. 

GÜLCAHAN