İyulun 31-də İçərişəhərdəki “NUR Art House” qalereyasında gənc fotoqraf Tural Rəhmanlının “Mənim yolumda” adlı fərdi sərgisi açılacaq.

“Bakı Küçə Fotoqrafiyası Festivalı”nın təqdim etdiyi sərginin ekspozisiyasında müəllif tərəfindən Türkiyədə, Ukraynada və Azərbaycanda çəkilmiş kadrlar yer alıb. Bu, müəllifin Azərbaycanda ilk fərdi sərgisidir.

Tural Rəhmanlı küçə fotoqrafiyası janrında çəkən nadir fotoqraflardan biridir. Müəllif insanların problemlərində özünəməxsus gözəlliyi və estetikanı görərək tamaşaçılara onları nəzərdən keçirməyi təklif edir. Sərginin kuratoru Xalid Zeynalovdur.

Sərgi avqustun 9-dək nümayiş olunacaq.