İnsan alveri bütün dünyada müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, onun qurbanlarına hərtərəfli yardımın göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

Bununla bağlı məlumatlılığın аrtırılmаsı, bеynəlхаlq ictimaiyyətin diqqətinin insаn аlvеri qurbanlarının üzləşdiyi problemlərə yönəldilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 2013-cü il 18 dekabr tarixli qətnaməsinə əsasən, hər il 30 iyul tarixi insan alverinə qarşı mübarizə üzrə beynəlxalq gün olaraq qeyd olunur.

Hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyasətinin prioritet istiqaməti еlаn etmiş Аzərbаycаn Respublikasında da da insan аlvеrinə qarşı mübarizə üzrə kompleks tədbirlər həyata keçirilməkdədir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 30 iyul – “Dünya İnsan Alverinə qarşı Mübarizə Günü” münasibətilə virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar, məqalələr, fotolar nümayiş olunur.

Virtual sərgi ilə bu linkində tanış olmaq olar:

http://anl.az/el/vsb/Umumdunya_Insan_alverine_qarsi_Mubarize_Gunu/index.htm