Ölkəmizdə kino sənətinin inkişafı və kinematoqrafçıların professional fəaliyyəti üçün müsbət mühitin yaradılması məqsədilə Azərbaycan Prodüserlər Gildiyası bütün kino işçilərini əməkdaşlığa çağırır.
Gildiyadan bildirilib ki, qurumun 2021-2022-ci illər üçün geniş fəaliyyət proqramı tezliklə kino ictimaiyyətinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Prodüserlər Gildiyası İdarə Heyətinin yeni sədri seçilib. Quruma rəhbərlik Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova həvalə olunub. Ondan əvvəl bu vəzifəni Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov icra edib.
Gildiyanın məqsədləri milli kinematoqrafiya sahəsində mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin olunması, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsidir.