Lənkəran Dövlət Dram Teatrının nümayəndə heyəti Ağdam Dövlət Dram Teatrının qonağı olub. Görüş zamanı teatrlar arasında yaradıcılıq əlaqələri müzakirə olunub.
Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynov, Xalq artisti, aktyor Qabil Quliyev, baş rejissor Kərəm Həsənov çıxış edərək teatrlar arasında qarşılıqlı yaradıcı münasibətlərin yaradılmasının əhəmiyyətindən danışıb, hər iki teatra uğurlar diləyiblər.
Sonra iki teatr arasında əməkdaşlıqla bağlı niyyət sazişi imzalanıb. Sazişə əsasən, teatrlar arasında yaradıcı münasibətin qurulması, qarşılıqlı qastrol səfərlərinin təşkili, rejissor və aktyor mübadiləsi, texniki dəstək, yaradıcı görüşlər və təcrübə mübadiləsi nəzərdə tutulur.