Bu ilin dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə “Avroviziya” uşaq mahnı müsabiqəsi – “Junior Eurovision-2021” keçiriləcək. Müsabiqədə Azərbaycanı Sona Əzizova təmsil edəcək. Bu barədə müsabiqənin milli yayımçısı olan İctimai Televiziyadan (İTV) məlumat verilib.

Təmsilçimiz İTV tərəfindən keçirilən “Səs uşaqlar” mahnı müsabiqəsindən tanınır. S.Əzizova sözügedən müsabiqədə ikinci yerdə qərarlaşmışdı.

Şüarı “Imagine!” (“Təsəvvür et!”) olan “Junior Eurovision-2021” mahnı müsabiqəsinin Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır. Müsabiqədə Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakı qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edib.