YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlıq Muzeyində açılan sərgilər yay rejimində fəaliyyət göstərir.
YARAT-dan bildirilib ki, sərgi ilə tanış olmaq istəyənlər çərşənbə axşamı və bazar günü olmaqla saat 12:00-dan 20:00-dək bələdçi ilə sərgiyə baxış keçirə bilərlər. Eyni zamanda saat 21:00-dan 22:00-dək sərgiyə sərbəst (bələdçisiz) baxmaq mümkündür.
Qeyd edək ki, hazırda Azərbaycan Rəngkarlıq Muzeyində Rəşad Ələkbərovun “Özünsən!” solo sərgisi, “XX əsrin son çiçəkləri: Y nəsli” qrup sərgisi, eləcə də “Öz adanı kəşf et” adlı sərgi ziyarətçilər üçün açıqdır.