ABŞ-ın məşhur kauntri-rok ifaçısı Don Everli 84 yaşında Neşvildəki evində vəfat edib.

Rok musiqisinin öncüllərindən biri sayılan “Everli qardaşları” duetindən Fil Everli 2014-cü ildə dünyasını dəyişmişdi. Qardaşların dueti ötən əsrin 50-ci illərində yaranmışdı.

“Rolling Stone” jurnalı tez-tez “Everli qardaşları” duetini “Rokun ən vacib dueti” kimi öz səhifələrində qeyd edirdi. “Everli qardaşları” dueti “Bye Bye Love”, “All I Have To Do İs Dream” və “Wake Up Little Susie” mahnıları ilə şöhrət qazanıb. Qardaşların harmonik ifası musiqi tarixində “The Beatles”, “The Beach Boys” və “The Byrds” kimi böyük adlara təsir edib.