Türkiyənin tanınmış teatr və kino aktyoru Metin Çekmez avqustun 25-də vəfat edib. 76 yaşlı aktyor xərçəng xəstəliyindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

1970-ci ildə İstanbul Şəhər Teatrları truppasına daxil olan Metin Çekmez sənət həyatı  boyunca oynadığı bədii filmlərdə, televiziya seriallarında da geniş tamaşaçı rəğbəti qazanıb.

Usta aktyorun rol aldığı ekran əsərləri arasında “Min bir gecə” (Kudret Sabancı), “Adını Feriha qoydum” (Rza Yılmaz) kimi populyar televiziya serialları var.