26 avqust – “Azərbaycan muğamı və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü” münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib. Xatırladaq ki, bu əlamətdar gün 2010-cu ildə Kanadada, Niaqara Şəhər Meriyası və Niaqara Musiqisi Festivalı rəhbərliyinin qərarı ilə təsis edilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov muğam ustadı Xan Şuşinskinin qızı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü “Xan Şuşinski” Fondunun rəhbəri Bəyimxanım Verdiyeva və həyat yoldaşı, tanınmış tarzən, Xalq artisti Fikrət Verdiyevlə görüşüb.

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Heydər Əliyev Mərkəzində “Mehriban Əliyeva ilə mədəniyyətin inkişafı və “Azərbaycan muğamı günü” mövzusunda dəyirmi masa keçirilib.

Ağdaş Regional Mədəniyyət İdarəsi Göyçay rayon MKS-də “Muğam milli mənəviyyatımızın sərvətidir” adlı ədəbi-bədii tədbir keçirilib.

Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax Dövlət Rəsm Qalereyasında “Muğam milli sərvətimizdir” başlığı altında rəsm sərgisi təşkil olunub.

NURƏDDİN