Budapeşt İncəsənət Sarayının səhnəsində opera ulduzları – Rusiyanın Xalq artisti Anna Netrebko, onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Yusif Eyvazov və daha bir həmvətənimiz, Xalq artisti Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin “Toska” operası nümayiş olunub. Tamaşaçılar arasında məşhur amerikalı aktyor Con Travolta da olub.

Tamaşadan sonra o, səhnə arxasına keçib və sənətçilərlə görüşüb. Y.Eyvazov bu barədə özünün “İnstagram” səhifəsində yazıb: “Dostlar, inanmayacaqsınız, bu gün Con Travoltanın özü bizi alqışladı”.

Opera ulduzlarının istedadlarına heyranlığını bildirən Con Travolta “Möhtəşəm performans idi”, - deyə vurğulayıb.

Qeyd edək ki, bu ilin aprelində Rusiya Böyük Teatrında pandemiyadan sonra ilk premyerada azərbaycanlı sənətçilər Elçin Əzizov, Dinarə Əliyeva və Azər Zadə “Toska” operasında səhnəni bölüşmüşdülər.