Uzun illər Dağıstanın “Lezginka” Dövlət Akademik Rəqs Ansamblında orkestrə rəhbərlik etmiş tanınmış musiqiçi, Rusiya Federasiyasının və Azərbaycanın Əməkdar artisti, Dağıstanın Xalq artisti Mutay Xadullayev 81 yaşında vəfat edib.

Bu barədə Dağıstanın Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mutay Xadullayev 1969-cu ildən “Lezginka” Dövlət Akademik Rəqs Ansamblında çalışıb. Nəfəs alətləri ifaçısı idi. Son vaxtlara qədər ansamblın orkestrinə rəhbərlik edirdi.